Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

22 Noyabr 2017 23:23 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yusifli kəndində baş verib.

Muxtarov Sabir Yaşar oğlu idarə etdiyi “QAZEL” markalı maşınla Rəcəbov Yüksəl Səyyaf oğlunu vurub.

46 yaşlı Y. Rəcəbov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.