Mingəçevirdə mühafizə polisinin avtomobili qəzaya düşüb

22 Noyabr 2017 23:41 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev "VAZ-2108" markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.