“Qarabağ” 10 nəfərlə də yaxşı oynadı" - Konte

23 Noyabr 2017 00:00 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis penalti epizodundan da danışıb:

- Qırmızı vərəqə və penaltilər oyunun marağını pozmadımı? “Çelsi”nin “Qarabağ” üzərində qələbə üçün hakim köməyinə ehtiyac var idi?

- Açığı, mənim üçün çətindir. Dəqiq görmədim. Fikrimcə, hakim düzgün iş görməli və qərəzsiz olmalıdır.

- Mərhələ adlamaqla bağlı düşüncələriniz necədir?

- Bəli, bunu bacardıq. İlk hədəfimiz bu idi. “Atletiko” ilə oyunu həlledici matç etmədik. “Qarabağ” “Atletiko” ilə oyunlarda xal almışdı. Həmçinin, “Roma”ya başağrısı olmuşdu. Bu qələbə məni məmnun etdi.

- Villianın oyunu sizi razı saldı?

- Daha çox komanda haqda danışmağı xoşlayıram. Bütün futbolçular özlərini müsbət tərəfdən göstərdi. Villianın 2 qol vurdu. Bu, onda inam yaratmalıdır. Villian belə də davam etməlidir.

- Təyyarədə yatacaqsınız, yoxsa “Liverpul”la oyunu düşünəcəksiniz?

- Uçuş zamanı bunu düşünəcəm. Hazırlıqlar üçün cəmi 1 günümüz qalacaq. Artıq növbəti matçı fikirləşirik.

- “Qarabağ” azarkeşlərinin hazırladığı xoreoqrafiyadan nə anladınız?

- Futbolçuların belə atmosferdə oynaması xoşdur. Futbol Azərbaycanda inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdır. Öz fanatlarımıza da minnətdaram ki, uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər.

- İlk matçla müqayisədə “Qarabağ”ın oyununda fərqli nə gördünüz? Ağdam təmsilçisi sizi təəccübləndirdimi?

- İlk oyunda “Qarabağ” təşkilatnmış şəkildə idi. Əla məşqçisi və oyunçuları var. Bu gün “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı. Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm.