Abşeronda “Ford” yandı

23 Noyabr 2017 09:48 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində “Ford” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.