Hakimiyyət Gülər Əhmədova “işini“ seçkiyə qədər uzadacaq

26 Fevral 2013 09:45 (UTC+04:00)


Bu haqda Azadlıq qəzeti xəbər yayıb. Qəzetə daxil olan məlumata görə, hər dəfə bir bəhanə ilə istintaq müddəti artırılacaq. Beləliklə də seçkiyə qədər Gülər Əhmədovanın məhkəməsi olmayacaq. Bu, məhkəmədə sabiq deputatın danışa biləcəyi narahatçılığdan irəli gəlir. Məlumatda həmçinin qeyd edilir ki, Gülər Əhmədovaya da susması üçün şirin vədlər verilir.


AzNews.az