Məhəmməd Əşrəf Qani Bakıya gələcək

23 Noyabr 2017 11:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib. Diplomatik mənbənin verdiyi məlumata görə, Əfqanıstanın prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.