Permdə vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

23 Noyabr 2017 18:18 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.

O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.