Bakıda 3 otaqlı ev yandı

24 Noyabr 2017 08:57 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 78 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.