Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti öz işinə başlayır

24 Noyabr 2017 09:18 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.

Sammit "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunur.

“Şərq Tərəfdaşlığı”nın əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

Proqram 2009-cu ildən yaradılıb.