“Silahlı Qüvvələr haqqında” qanun MM-də müzakirəyə çıxarılacaq

24 Noyabr 2017 11:01 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, yeni qanun layihəsində maddələrin sayı mövcud qanuna nisbətən artıb. 5 fəsil və 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc APA-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: “Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər”.

Qeyd edək ki, mövcud “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.