Məşhur teleaparıcının atası avtoritet imiş

26 Fevral 2013 11:03 (UTC+04:00)


O, dünən Moskvada Ded Xasanın qırxı ilə əlaqədar keçirilən "sxodka"da saxlananlar arasında olub.

"Life News" xəbər verir ki, Kim Amoyev həm də Aslan Usoyanın uzaq qomudur. Onu da digər avtoritetlər kimi polis idarəsinə aparıblar. Bir neçə saat davam edən yoxlama prosedurlarından sonra avtoritetlər sərbəst buraxılıb.

Ksenya Borodinanın artıq uzun müddətdir ki, atası ilə əlaqə saxlamadığı da yayılan məlumatlar arasındadır. Ata və anası o uşaqkən ayrılan məşhur teleaparıcı 16 yaşı olanda atası ilə barışmaq istəyib. Ancaq atası onun ad günündə 4 saat gözlətdiyinə görə barışıq mümkün olmayıb və Ksenya atasının soyadından imtina edərək anasını qızlıq soyadını götürüb.

Teleaparıcının atasının isə Ded Xasanla bağlılığı həm də qohumluqlarından qaynaqlanır. Kim Ded Xasanın oğlu Nodarinin həyat yoldaşının uzaq qohumudur. Nodarinin xanımı İnqa Xatoyeva bir neçə şirkətin sahibidir.

Elnur
AzNews.az