"Şərq Tərəfdaşlığı" sammiti öz işinə başlayıb

24 Noyabr 2017 12:07 (UTC+04:00)

Sammitin rəsmi açılışında Avropa şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın baş naziri Eri Ratas çıxış edib.

Tədbir bağlı qapılar arxasında keçiriləcək, onun nəticələri barədə mətbuat konfransında elan olunacaq.

Sammit "2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması" adı altında təşkil olunur.

“Şərq Tərəfdaşlığı”nın əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

AzNews.az