Ağdaşda avtomobil dərəyə aşıb - Ölən və yaralananlar var

24 Noyabr 2017 15:02 (UTC+04:00)

"Report"un məlumatına görə, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az