Latviyanın XİN başçısı: "Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçısıdır"

24 Noyabr 2017 15:25 (UTC+04:00)

Bunu "Report"a Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammitində iştirak edən Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

"Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə ikitərəfli dialoq hələ "Şərq Tərəfdaşlığı" proqramı başlanmamışdan əvvəl yüksək səviyyədə mövcud olub. Bununla belə, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramının fəal üzvüdür", - E.Rinkeviç bildirib.

AzNews.az