Bu təşkilatlar işçilərdən ittifaqa üzvlük haqqı çıxa bilməyəcək

24 Noyabr 2017 16:05 (UTC+04:00)

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Həmkarlar ittifaqları” haqqında qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 20-ci maddəsinin 2-ci hissəsində “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözü əlavə edilir.

Dəyişikliyə əsasən yalnız həmkarlar ittifaqına üzv olan təşkilatlar üzvlük haqqı yığıb ödəyə biləcək. Üzv olmayan təşkilatlardan üzvlük haqqının yığılması məcburi olmayacaq.