Azərbaycanın futbol yığmalarının rəqibləri müəyyənləşib

24 Noyabr 2017 17:59 (UTC+04:00)

AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşadək futboçulardan ibarət Azərbaycan yığması AVRO-2018-in elit raundunda Almaniya, İrlandiya və İslandiya ilə bir qrupda yer alacaq. AVRO-2019-un seçmə mərhələsində isə rəqiblər İngiltərə, İslandiya və Moldova olacaq.

19 yaşadək futboçulardan ibarət Azərbaycan yığması isə AVRO-2018-in elit raundunda Fransa, Belçika və Finlandiya ilə, AVRO-2019-un ilkin seçmə mərhələsində isə İsveçrə, Türkiyə və Kiprlə birgə mübarizə aparacaq.