Bank hazırkı zaminə yox, əvvəlki zaminə pul ödətdirdi – Video

24 Noyabr 2017 22:08 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə İmişlinin Qaralar kənd sakini Savet Qurbanovun başına gəlib. O, 2011-ci ildə öz yaxını Rəhim İsmayılova zamin durub, kredit götürməsinə kömək edib. 2013-cü ildə kredit ödəndikdən sonra Rəhim yenidən başqa şəxslərin zaminliyi ilə kredit götürüb və onu da ödəyib.

Həmin şəxs üçüncü dəfə kredit aldıqdan sonra borcu ödəyə bilməyib. Bank isə onun borcunu hazırda zamin durduğu adamlardan yox, ilk kredit aldığı zaman zamin duran şəxsdən tutur.

Savet Qurbanov deyir ki, hazırda zamin duran şəxslərin nə maaş, nə də pensiya kartları var. O, pensiya aldığına görə borcu da ona yönləndiriblər. Həm də Savet Qurbanova heç bir xəbərdarlıq olunmadan.

İndi vətəndaş çarəsiz qalıb. O, məhkəməyə yenidən müraciət edəcəyini bildirib.