Azərbaycan XİN Misirdəki terror aktını qınayıb

24 Noyabr 2017 23:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Misirdə baş verən terror aktı ilə bağlı “Twitter” səhifəsində yayılan bəyanatında deyilir.

“Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi, terrorizmin bütün forma və təzahürlərini pisləyir”, - bəyanatda bildirilir.

Qeyd edək ki, bu gün Misirin Sinay yarımadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.