Lerikə güclü qar yağıb

24 Noyabr 2017 23:29 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qar bu gün günorta saatlarından yağmağa başlayıb.

Lerikin Orand, Nuravut, Pirəsura və Sorsçay kəndlərinə 15 sm hündürlükdə qar yağıb, rayon mərkəzinə 10 sm-ə yaxın qar düşüb. Hazırda qar yağmaqda davam edir.