Batumidə yanan oteldə azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır

24 Noyabr 2017 23:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Batumidə “Leogrand” otelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan “Report”a bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.

Bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var.

Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.

Otel sakinləri təxliyyə olunublar.