Batumi otelində ölənlərin vətəndaşlığı açıqlandı

25 Noyabr 2017 09:18 (UTC+04:00)

Batuminin “Leoqrand” hotelində baş verən yanğında 10 Gürcüstan və 1 İran vətəndaşı ölüb.

AzNews.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Gürcüstan DİN-in nümayəndəsi bildirib. Onun sözlərinə görə, xəsarət alan 21 nəfərdən 5-i Türkiyə, 1-i isə İsrail vətəndaşıdır.

Qeyd edək ki, Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.