“Qarabağ münaqişəsinin tezliklə həllinə ehtiyac var” - Mogerini

25 Noyabr 2017 11:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.

“Avropa İttifaqı tamamilə əmindir ki, münaqişənin tez bir zamanda beynəlxalq hüquq və prinsiplər əsasında həllinə ehtiyac var. Eyni zamanda bu kontekstə ATƏT-in Minsk qrupuhəmsədrlərinin vasitəçilik səyləri və müvafiq təkliflərini tamamilə dəstəkləyirik”, - deyə Mogerini bildirib.