Qubada qanlı olay

25 Noyabr 2017 13:37 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, noyabrın 25-də Quba rayonunun Alpan kəndində yaşayan, əvvəllər məhkum olunmuş Eşqin Rəsulov evində münaqişə zəminində həmkəndlisi Anar Balayevi döyüb və o, hadisə yerində ölüb.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Rəsulov tutulub.