İslam Partiyası da seçkilərə qatılacaq

26 Fevral 2013 14:02 (UTC+04:00)
"Seçkiyə hazırlığımız başa çatdıqdan sonra mövqeyimizi ortaya qoyacağıq". Bunu İslam Partiyasının sədr əvəzi Elçin Manafov AzNews.az-a aşıqlamasında deyib.

E.Manafov bildirib ki, təmsil etdiyi partiyanın öz namizədi ola bilər: "Ehtimal var ki, öz namizədimiz olsun. Bizim martda baş Məclisin toplantısı olacaq, daha sonra qurultayın günü müəyyənləşdiriləcək. Biz, həmçinin başqa müxalifət qüvvələrinin namizədini də dəstəkləyə bilərik. Seçkilərdə bizim üçün namizədin kimliyi əhəmiyyətli deyil. Əsas xalqını düşünən, sevən bir şəxsin önə çıxarılmasıdır".

Sədr əvəzi seçkiöncəsi İslam Partiyasının İctimai Palata ilə əməkdaşlıq məsələsinə də aydınlıq gətirib: "İctimai Palata ilə əməkdaşlıqla bağlı bizə müraciət olunmayıb. Biz bütövlükdə ölkədəki sağlam qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Bunu dəfələrlə mətbuatda elan etmişik".

İlkin
AzNews.az