Ərəstun Oruclu: “Heç Azərbaycan parlamenti də Xocalı soyqırımını tanımayıb...”

26 Fevral 2013 14:26 (UTC+04:00)
Xocalı soyqırımının ildönümü və Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilmiş iki petisiyaya münasibət bildirilib. Ağ Evin cavabında bildirilir ki, Ermənistan və Azərbaycan arasında baş verən müharibədə verilən faciəli itkilər bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur:

"Yalnız uzunmüddətli sülh sazişi regiona sabitlik, çiçəklənmə gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə bu istiqamətdə işləməyə davam edəcək".

Məsələylə bağlı AzNews.az-ın sualını cavablandıran siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, gözləntilərimiz bir qədər optimist idi və ABŞ xarici siyasətinin bəzi siyasi reallıqları nəzərə alacağı diqqətdən yayınmışdı. Onun sözlərinə görə, istər Xocalı soyqırımı məsələsi, istərsə də ermənilərin iddia etdikləri "aprel soyqırımı"nın tanınması Ağ Evdə ciddi müzakirə olunur və belə məsələlərdə asanlıqla qərar veriləcəyini gözləmək doğru olmazdı: "Nəzərə alaq ki, heç Azərbaycan parlament idə Xocalı soyqırımını tanıyan rəsmi qərarla çıxış etməyib. Odur ki, Ağ Evdən maksimalist gözləntilər də doğru deyildi".

Gültəkin
AzNews.az