Əbülfəs Qarayev Azərbaycanı tərk edib

26 Fevral 2013 15:21 (UTC+04:00)



Bu səfərdə məqsəd BMT-nin Sivilizasiyalar Alyansının "Müxtəliflik və dialoq şəraitində məsuliyyətli liderlik" mövzusunda keçiriləcək V Dünya Forumunda iştirak etməkdir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, forumda BMT-nin Baş katibi Pan Qi Mun, BMT Baş Assambleyasının prezidenti Vuk Ceremik, BMT-nin Sivilizasiyalar Alyansının indiki Yüksək Nümayəndəsi Corc Sampayo, BMT-nin Sivilizasiyalar Alyansının gələcək Yüksək Nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, Türkiyənin Baş naziri Receb Tayyib Ərdoğan, Avstriyanın prezidenti Haynz Fişer, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya, eyni zamanda digər ölkə və beynəlxalq qurumların rəhbər şəxsləri iştirak edəcək.
Forum çərçivəsində keçiriləcək nazirlər görüşündə, tərəfdaşlar assambleyasında və Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional sessiyada Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Ə.Qarayevin çıxışları nəzərdə tutulur.


Bahar Rüstəmli
AzNews.az