Trampın qızını heyran edən Reyhan kimdir? - Video

29 Noyabr 2017 10:52 (UTC+04:00)

Sözügedən çıxışın videosu dünəndən sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

AzNews.az xəbər verir ki, “Qafqazinfo” Reyhan Camalova ilə bağlı bəzi məlumatlar əldə edib. O, Gənclik İstək liseyinin 9-cu sinif şagirdidir. Hər zaman dərslərində uğurlu olan Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji isehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb.

Həmin layihəsi ilə də hazırda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir. Layihə ilk mərhələlərdən uğurla keçib və bu günlərdə yarımfinal və final mərhələsində təmsil olunacaqlar.