İran Polad Aləmdardan şikayətçi oldu

26 Fevral 2013 16:53 (UTC+04:00)



İranın şikayət məktubunda serialda bu ölkənin əleyhinə olan ifadələrin yer aldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, etiraz məktubunda, iranlı diplomatlar haqqındakı səhnə və ifadələrin həqiqətə uyğun olmadığı vurğulanıb.

İran Dövlət Televiziyasının beynəlxalq mərkəzinin rəhbəri Seyid Məhəmməd Hüseyni tərəfindən göndərilən şikayət məktubunda İranın İstanbuldakı baş konsulunun təqdimatından narahatlıq da ifadə edilib.

Elnarə Əlosmanqızı
AzNews.az