Azərbaycanlılar İran televiziyasını çətin duruma saldı-FOTOLAR

27 Fevral 2013 08:33 (UTC+04:00)


Belə ki, azarkeşlər klubu vəd etdiyi sürprizləri gerçəkləşdirib. Stadionda "1992-ci il Xocalı soyqırımı" və "Güney Azərbaycan İran deyil" plakatlarının açılması oyunun canlı yayımlanan dövlət televiziyası üçün problem yaradıb.

"Baybak" xəbər verir ki, dövlət televiziyası ilə canlı yayımlanan oyunda gözlənilmədən ilk qoldan sonra açılan pankartlar ekranlarda nümayiş etdirilib və canlı izlənilib. Oyunu yayımını aparan dövlət televiziyasının kameraları həmin plakatları geniş ölçüdə nümayiş etdirərək daha sonra bunun fərqinə varıblar. Amma yayımı yarımçıq saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Təbriz komandası rəqibini 3:1 hesabıyla məğlub edib. Hesabı oyunun 37-ci dəqiqəsində "Traktor"dan Mehdi Seyid Salehi açıb – 1:0. Matçın 60-cı dəqiqəsində Cavad Kazımian hesab arasındakı fərqi artırıb – 2:0. Qarşılaşmanın 79-cu dəqiqəsində "Əlcəzirə" hesab arasındakı fərqi azaltmağı bacarıb – 1:2. Ancaq oyunun 81-ci dəqiqəsində Məsud İbrahimzadə hesab arasındakı fərqi 3:1-ə şatdırıb. Bununla da görüş "Traktor"un qələbəsilə yekunlaşıb. 72 min nəfərlik stadionda 100 min nəfərdən çox azarkeş olub. Onlar 90 dəqiqə boyunca "Yaşasın Azərbaycan!", Azərbaycan var olsun istəməyən kor olsun!", "Türk dilində mədrəsə!" şüarları səsləndiriblər.

Elnarə Əlosmanqızı
AzNews.az