Azərbaycanda zəlzələ olub

27 Fevral 2013 09:35 (UTC+04:00)
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 08:24:27-də Mingəçevirdən 35 km şimal-qərbdə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 3.30, dərinliyi 18 km olub. Zəlzələ hiss olunmayıb.