DİN Şəkidə baş verən partlayışla bağlı məlumat yaydı

27 Fevral 2013 11:57 (UTC+04:00)
Daxili İşlər Nazirliyi (DİN) Şəki şəhərində baş verən partlayışla bağlı məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 27-də saat 00.20 radələrində Şəki şəhərində yaşayan İlham Məmmədova məxsus evdə partlayış baş verib. Nəticədə evin qapı, pəncərə və döşəməsi dağılıb, İ. Məmmədov ölüb, qardaşı Elman isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. İlkin məlumatlara əsasən, hadisənin qaz balonu ilə ehtiyatsız davranılmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az