İçi pulla dolu seyfi oğurlayan şəxs tutuldu

27 Fevral 2013 12:20 (UTC+04:00)
Bakıda içərisində xeyli miqdarda pul olan seyfi oğurlayan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Ramil Quliyevə məxsus mağazadan içərisində 9 min manat pul və danışıq kartları olan seyfi oğurlayan Sumqayıt şəhər sakini Sələddin Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az