“Siz məni xalqın gözündə alçaldırsız...”

27 Fevral 2013 12:50 (UTC+04:00)
Rəqqasə Oksana Rəsulovanın Facebook səhifəsində yerləşdirdiyi foto üzərində yazılan "Khojaly the chronicleof unseen forgery and falsification" ifadəsinə AzNews.az-a verdiyi açıqlama ilə aydınlıq gətirib:

"İnsan diqqətsizliyindən yalnışlıq edə bilər. Amma siz məni xalqın gözündə heç nəyə görə alçaldırsız. Belə şey olmaz axı. Yazırsınız ki, mən ingilis-dilini bilirəm, halbuki bilmirəm. Mən hazırda Hindistanda rəqs sənətindən təhsil alıram".

Qeyd edək ki, sözügedən foto üzərində yazılan ifadə Azərbaycan dilinə belə tərcümə olunub: "XOCALI MİSLİ GÖRÜNMƏMİŞ YALAN VƏ SAXTAKARLIQ SALNAMƏSİDİR".

Bahar Rüstəmli
AzNews.az