Səfər Əbiyev Kadrlar İdarəsinə yeni rəis təyin edib

27 Fevral 2013 13:16 (UTC+04:00)
Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, mjüdafiə nazirinin əmri ilə polkovnik Vidadi Əsgərov Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi təyin edilib.

V. Əsgərov bundan əvvəl Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya xəbəri təsdiqləyib.

AzNews.az