“Həmin video Bakıda çəkilməyib” - DİN-dən açıqlama

7 Dekabr 2017 15:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev deyib.

O bildirib ki, həmin video Bakıda çəkilməyib.

“Məsələ araşdırılıb və məlum olub ki, həmin hadisə bir neçə il əvvəl xarici ölkədə olub” - deyə, İ.Babayev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoda hadisənin Bakının mərkəzində baş verdiyi iddia olunub.