6 evdən oğurluq ediblər

7 Dekabr 2017 16:04 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazilriyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulan Tuncay Həsənovun ətrafında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin avqust-oktyabr ayları ərzində şəhər ərazisində 6 evdən inşaat materialları və təmir-tikinti alətləri, 1 “VAZ-2106” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.