Sahilə çıxan qəribə canlı qorxu yaratdı - Rusiyada

8 Dekabr 2017 11:55 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən bildirir ki, Rusiyanın Çukot yarımadasında görünən bu növün mutasiyaya uğramış dəniz ilanı olduğu iddia edilsə də, canlının araşdırılmasından sonra əslində başqa bir nəticə əldə edilib. Məlum olub ki, bu canlı çox az insanın qarşılaşdığı bir yosun növüdür.

"Nereosistik Luteke" adlı bu canlı yosun ailəsinin bir parçasıdır. Onun gövdə uzunluğu 25 metrə qədər çata bilir. Ümumilikdə, Sakit Okeanda və Şimali Amerika bölgəsində görünən bu növ, ildə bir dəfə 20 metr okean dərinliyindən sahilə çıxır və çox az insan sahillərdə bu yosundan qopmuş bir parçayla qarşılaşır.