Obamanın ilk gedəcəyi ölkə- İsrail

27 Fevral 2013 15:05 (UTC+04:00)




Lent .az-ın verdiyi məlumata görə, İsrail mediası Barak Obamanın məhz İrana qarşı hərbi əməliyyatın detallarını müzakirə etməyə gələcəyini yazıb.
"Channel 10" telekanalı Barak Obamanın nüvə proqramını dayandırmamaqda israr edən İrana iyun ayında hərbi zərbə endirilməsini zəruri saydığı barədə xəbər yayıb. Barak Obama İsrail baş naziri Binyamin Netenyahu ilə görüşündə İrana qarşı bir hərbi əməliyyat keçirməyə tərəfdar olduğunu bildirəcək. Bu əməliyyat İranın nüvə silahı yaratmaq potensialını aradan qaldırmalıdır.
İsrail mətbuatı yazır ki, Binyamin Netenyahu keçən il İranın nüvə obyektlərinə hava zərbəsi endirməyi gündəmə gətirsə də, həmin vaxt Barak Obama buna qarşı çıxıb.

AzNews.az