İsrail Fələstin sərhədində toqquşma - Yenilənib 2 + Fotolar

9 Dekabr 2017 22:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fələstin və İsrailin sərhədində başlayan qarşıdurmalar (Fələstinin paytaxtı) Ramallah və İsrail ərazisi olan Beit El-i əhatə edir. İsrail ordusu qaz və səs-küylü bombalardan istifadə edib.

Etirazçılar atəş açıblar, bir qrup yeniyetmə yolu bağlamaq üçün böyük bir zibil qabı gətiriblər. Etirazçıları İsrail tərəfdən zirehli maşınlarla gələn əsgərlər qarşılayıb. Belə ki, onlar nümayişçilərə qaz və səsli bomba atıblar. Qaz bombasından biri jurnalistlərin olduğu qurupun üzərinə düşüb. Onlar arasında rusiyalı da var.

Eyni zamanda Ramallahın mərkəzində, Əl-Manar meydanında "Cabhat Şabi" partiyasının 52 illik yubileyinə həsr olunmuş mitinq keçirilir. Gözlənildiyi kimi, mitinqdən sonra onun aktivistləri də Beit El qəsəbəsinə gələcəklər. Onlar Yerusəlim ətrafında vəziyyətdən narazı olanlara qoşulacaqlar.

16:11

***

İsrail və Fələstin sərhədində baş verən toqquşma nəticəsində yaralananlar var.

AzNews.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Fələstin və İsrailin sərhədində başlayan qarşıdurmalar nəticəsində yaralılar var. Hazırda təcili yardım qrupları hadisə yerindədir. Bir qrup fələstinli gənc İsrail əsgərlərini daşlarla atəşə tutub. İsrail əsgərləri isə nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə edib. Qarşıdurmaları zirehli paltarlar və qaz əleyhinə maskalar geyinən jurnalistlər işıqlandırır.

17:59

***

Fələstin və İsrailin sərhədində başlayan qarşıdurmalar nəticəsində 13 nəfər həbs olunub.

AzNews.az xəbər verir ki, bu barədə İsrail polisinin yaydığı məlumatda bildirilir. Qüdsdəki kütləvi iğtişaşlar zamanı nümayişçilər polislərə daş atıblar. Nəticədə 4 polis əməkdaşı yüngül yaralanıb.