“Qafqazinfo”da problem yaranıb

27 Fevral 2013 15:40 (UTC+04:00)
Bu gün səhər saatlarında etibarən "Qafqazinfo" saytına girişlə bağlı problemlər yaranıb. Bəzi provayderlərdən sayta daxil olmağa məhdudiyyət olmasa da, əksər yerlərdə sayta giriş mümkün olmur.

Saytın baş direktoru Elbrus Ərudun sözlərinə görə, problem reklam brayzerindən birində yaranan problemlə əlaqədardır. Belə ki, problemi yaranan reklam brayzeri digər brayzerləri də sıradan çıxarıb. Buna görə də sayta giriş zamanı virus təhlükəsi barədə xəbərdarlıq edilir.

E. Ərud yaxın müddətdə problemin aradan qaldıracağını vurğulayıb.

AzNews.az