Millimizin futbolçusu Kipr klubuna qələbə qazandırıb

10 Dekabr 2017 11:37 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu çempionatın XV turunda "Alki" ilə ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Abdullayev 90+1-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bu qol sayəsində "Anortosis" 2:1 hesablı əzmkar qələbə qazanaraq, 33 xalla yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, bu, Araz Abdullayevin "Anortosis"in heyətində ikinci qolu olub.