Uşaqlar üçün sığınacaq tikilir

27 Fevral 2013 15:53 (UTC+04:00)



. Bu barədə məlumat nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzlərin yaradılması planlaşdırılır.
Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsillərinin inkişaf etdirilməsinə, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə baxımsız uşaqlar sığınacaqla təmin olunacaq.


Elnarə Əlosmanqızı
AzNews.az