Gəncədə avtobusun vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub

10 Dekabr 2017 14:16 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Gəncədə yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

bu, 1944-cü il təvəllüdlü Gəncə şəhər sakini Nərgiz Ələsgərovadır.

Həmçinin məlum olub ki, qadını marşrut avtobusu vurub. Sürücü polis tərəfindən saxlanılıb.