Rövşən Almuradlının Bakı metrosunda səhhəti pisləşdi

10 Dekabr 2017 15:11 (UTC+04:00)

AzNews.az “Xeberle.com”a istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında olarkən onun vəziyyəti pisləşib.

R.Almuradlının ürək və ağciyərində problem yaranıb.

O, ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.