Etibar Məmmədov ADP sədrini sərt ittiham etdi

27 Fevral 2013 16:02 (UTC+04:00)
"Mən onun barəmdə dediyi hər bir sözə fikir verməli deyiləm. Sərdar Cəlaloğlunun işi-peşəsi mənim haqqımda danışmaqdır. Qoy danışır, danışsın".

Bunu AzNews.az-a AMİP-in fəxri lideri Etibar Məmmədov 2013-cü il prezident seçkilərində iştirakını ADP sədri Sərdar Cəlaloğlunun istisna etməsi barədə səsələndirdiyi fikirlərə münasibət bildirərkən deyib. E. Məmmədov bildirb ki, bəzi adamlar verilən sifarişləri icra edir:

"Ona elə tapşırıq verilib, o da həmin tapşırığı yerinə yetirir. Bu adamların işi-peşəsi başqaları haqqında danışmaq, şərh verməkdir. Siz də onlara imkan yaradın ki, vəzifələrini yerinə yetirsinlər".

Gültəkin
AzNews.az