Lüt sərnişin metroda qatarı saxladı - Video

11 Dekabr 2017 10:38 (UTC+04:00)

AzNews.az Unian.net-ə istinadən xəbər verir ki, lüt kişi qatarın yola düşməsinə mane olub.

İnsident "Krasnıy xutor" stansiyasında baş verib. Vaqonlar tam boşaldıqdan sonra naməlum çılpaq kişi qatarın depoya getməsinə əngəl törədib.

O, maşinistin kabinəsinə daxil olaraq mübahisə edib. Sonda polis onu saxlayaraq həkimlərə təhvil verib.