Saakaşvili tərəfdarları etiraz aksiyası keçirir - Video

11 Dekabr 2017 11:23 (UTC+04:00)

AzNews.az Unian.net-ə istinadən xəbər verir ki, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ukrayna hakimiyyətinə ultimatum verib.

Mitinqdə onlar impiçment, təcili seçkilər, antikorrupsiya məhkəməsi və ölkə prokuroru Yuri Luçenkonun istefasını tələb edir.

Nümayişçilər məmurlara yeni Maydanla hədə-qorxu gəliblər.

Mixail Saakaşvili isə artıq 3 gündür ki, saxlanılır. Onu cinayətkar qruplaşmalarla əlaqədə ittiham edirlər. Saakaşvili bütün ittihamları rədd edir.