Tanınmış jurnalistə vəzifə verildi

11 Dekabr 2017 14:03 (UTC+04:00)

Tanınmış idman jurnalisti, ANS TV-nin sabiq aparıcısı, "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Gündüz Abbaszadə "Xəzər" FK-də vəzifəyə təyin edilib.

Jurnalistin AzNews.az-a verdiyi məlumata görə, o, bundan sonra klubun baş meneceri kimi fəaliyyət göstərəcək.

Şərhçi eyni zamanda "CBC Sport"da fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, onunla yanaşı şərhçi Emin Abbasov da yeni vəzifə alıb. Belə ki, son dövrlər "CBC Sport"da şərhçilik edən Emin Abbasov I divizion klubunda icraçı direktor vəzifəsində çalışacaq.