Mingəçevirdə qaçqın şəhərciyində yanğın - 5 nəfər zəhərləndi

11 Dekabr 2017 23:39 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə 9 saylı doqquzmərtəbəli binada qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Daha üç "təcili yardım" maşını hadisə yerinə göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.