Bakıda ana və qızı həbs edildi

12 Dekabr 2017 14:15 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 6-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakinləri - Nahidə Bayramova və qızı Zeynəb 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.